0
Monday 12 March 2012 - 10:46

Lavrov Qətərin XİN başçısına xoş üz göstərmədi

Story Code : 144962
Lavrov Qətərin XİN başçısına xoş üz göstərmədi
Lavrov Qətərin XİN başçısına xoş üz göstərmədi
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, ötən gün Ərəb Liqası dövlətlərinin xarici işlər naziri ilə Rusiya XİN başçısı Sergey Lavrov arasında görüş keçirilib. Qahirədə baş tutan görüşdə Sergey Lavrov Qətərli həmkarı Həməd ibn Casimə tam etinasızlıq göstərərək onunla görüşməkdən imtina edib.

Xəbər agentlikləri bu haqda yazıb: Sergey Lavrov Ərəb Liqasının baş qərərgahında keçirilən mətbuat konfransında Qətər XİN başçısı Həməd ibn Casimlə görüşməkdən imtina edib. Bundan əlavə Lavrov təkcə Ərəb Liqasının baş katibi Nəbil əl-Ərəbinin adını çəkərək ondan təşəkkür edib. Lavrovun digər nazirlərə qarşı son dərəcə soyuq münasibəti salonda hazır olanları çox təəccübləndirib.

Ekspertlər bildirib ki, Qətər ABŞ-ın siyasətlərini izlədiyinə görə Rusiya bu ölkədən ciddi şəkildə narazıdır. Elə bu səbəbdən də son vaxtlar Qətərlə münasibətlərini azaltmağa başlayıb.
Comment