0
Monday 12 March 2012 - 11:23

BAKIDA MİTİNQLƏR BAŞLAYIR?

Story Code : 144993
Bakı - Mitinq
Bakı - Mitinq
Martın 10-da İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib. Sessiyanın gündəliyində ölkədə hazırkı ictimai-siyasi durum, İctimai Palatanın vəzifələri və cari məsələlərdən danışılıb. Kütləvi aksiyalara başlamaq məsələsi də gündəliyə daxil edilib.

İctimai Palatanın (İP) növbəti sessiyasının sonunda mitinq keçirmək təklifi İP üzvləri tərəfindən qəbul edilib.

Ə.Kərimli İP üzvlərini səfərbərliyə çağırıb: “8 aprel mitinqinə sıradan mitinq kimi yox, xalq hərəkatının 2012-ci ildəki yeni bir mərhələsi kimi başlayaq”.

İP-in aprelin 8-də mitinq keçirmək təklifi səsə qoyulub. Təklif səs çoxluğu ilə qəbul edilib. Sessiya Azərbaycan himninin oxunması ilə başa çatıb. /AzadXeber/
Comment