QR CodeQR Code

Allah Yolunda Mübarizə Davam Edir

MMDİB sədrindən yeni xəbərlər

faktxeber,Abna , 12 Mar 2012 18:26

İslamtimes - Vəkil: Biz ekspertizanın rəyinə etiraz yazdıq və dedik ki, narkotik Mehdi Məmmədovun cibinə qoyulub”.


"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədov və vəkili Zaman Səmədovla görüşüb

Vəkil Zaman Səmədovun verdiyi məlumata görə, onlar ekspertizanın rəyinə etiraz ediblər: “Bu gün Bakı İstintaq Təcridxanasında müstəntiqlə birgə Mehdi Məmmədovla görüşdük. Orada fiziki-kimyəvi ekspertizanın rəyi ilə bizi tanış etdilər. Rəyə görə, Mehdi Məmmədovun cibindən çıxan narkotik maddə heroindir və çəkisi 0,236 qramdır. Biz ekspertizanın rəyinə etiraz yazdıq və orada qeyd etdik ki, narkotik maddə Mehdi Məmmədovun cibinə qoyulub”.

Vəkil onu da bildirdi ki, martın 13-də Binəqədi Rayon Məhkəməsinə Mehdi Məmmədovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair ərizə təqdim edəcəyik.

Xatırladaq ki, "Milli-Mənəvi Dəyərlər" İB-nin sədri Hacı Mehdi Məmmədov fevral ayının 18 MTN-nin əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb. Daha sonra Mehdi Məmmədovun üzərindən 0,236 qram heroin ATILIB. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda ŞRLƏNİLİR.


Story Code: 145125

News Link :
https://www.islamtimes.org/az/news/145125/mmdib-sədrindən-yeni-xəbərlər

Islam Times
  https://www.islamtimes.org