0
Tuesday 13 March 2012 - 09:44
Misir parlamenti :

İsrail Misirin bir nömrəli düşmənidir

Story Code : 145249
İsrail Misirin bir nömrəli düşmənidir
İsrail Misirin bir nömrəli düşmənidir
Islam times.org/az/ - Misir Parlamentinin aşağı palatası yekdilliklə İsraili Misirin bir nömrəli düşməni olduğunu elan edən bəyənnamə qəbul etmiş, İsrail səfirinin ölkədən qovulmasını və İsrailə ixrac edilən qazın dərhal dayandırılmasını tələb etmişlər.

Bazar ertəsi günü Misir parlament üzvləri “Xalq Yığıncağının Ərəb İşləri Komitəsi” (parlamentin aşağı palatası) tərəfindən hazırlanan bəyanatı öz imzaları ilə təsdiqlədilər.
Bəyənatda bildirilirdi ki, İnqilabi Misir heç vaxt Sionizmin nə dostu, nə də ki, müttəfiqi olmayacaq, əksinə İsrail Misirin bir nömrəli düşməni hesab ediləcək. Bundan sonra İsrailə düşmən kimi yanaşacağıq və
Misir hökümətinə bu düşmənlə əlaqələrə yenidən nəzər salmağa çağırırıq.

1979-cu ildə Misir İsraillə sülh müqaviləsi imzalayan ilk ərəb dövləti idi. Ancaq ABŞ tərəfindən maliyyələşdirilən sülh işinin əsas iqtisadi şərtlərindən biri İsraili məcburi şəkildə qazla təmin etmək olmuşdur.

2011-cil il oktyabrın 3-də Misirdə aparılmış sorğu nəticəsində məlum olmuşdur ki, Misirlilərin böyük əksəriyyəti Misirin İsrailə qaz ixrac etməsinin əleyhinədir.

Sorğuda respondentlərin 79%-i İsrailə qaz ixracının əleyhinə çıxmış, yalnız 9%-i bu işi dəstəkləmiş və 12%-i heç bir fakir bildirməmişdir.

İsraili düşmən hesab edən və onunla heç bir ticari əlaqələrə razı olmayan Misirlilər üçün İsrailə mavi yanacağın ixrac edilməsi həmişə mübahisəli məsələlərdən biri olmuşdur.

2005-ci ildə Tel Əvivlə imzalanan 2.5 milyart dollarlıq müqaviləyə əsasən İsrail öz qaz ehtiyacının 40%-ni ən aşağı qiymət ilə Misirdən alır.

İSLAMTİMES
Source : islamtimes
Comment