QR CodeQR Code

Suriya Səudiyyə Ərəbistan və Qatara xəbərdarlıq etdi

islamtimes , 13 Mar 2012 12:36

İslamtimes - Suriya Səudiyyə Ərəbistanı və Qatarı “Terroristləri” dəstəkləməkdə ittiham edir.


islamtimes.org/az/ - Suriya İnformasiya naziri Adnan Mahmudun bildirdiyinə görə Səudiyyə Ərəbistan və Qatar silahlı terrorist dəstələrini dəstəkləməklə ölkədə tökülən qanlara görə məsuliyyət daşıyır.

Səudiyyə Ərəbistan və Qatar kimi silahlı terroristləri dəstəkləyən ölkələr Suriya əhalisinə qarşı terror aktı həyata keçirməyi hədəfləyirlər və baş verən bütün terror aktlarına cavabdehdirlər.

Mahmud terrorist dəstələrini beynəlxalq narazılığı Dəməşq hökümətinə yönəltmək üçün Homs şəhərində qadın və uşaqlarında xəsarət aldığı terror aktlarını törətməkdə ittiham etdi.

O daha sonar deyib: “Terrorist dəstələri Homs şəhəri yaxınlığındakı Karm əz Zaytun şəhərində ən dəhşətli terror aktını törədiblər.”

Suriya dövlət televiziyası da suriya vətəndaşlarının terrorist dəstələr tərəfindən qətlə yetirildiyini təsdiqləmişdir.

İSLAMTİMES


Story Code: 145326

News Link :
https://www.islamtimes.org/az/news/145326/suriya-səudiyyə-ərəbistan-və-qatara-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org