QR CodeQR Code

ABŞ Suriyaya hərbi müdaxiləni dəstəkləmir

13 Mar 2012 20:21

IslamTimes - Suriyadakı terroristləri silahlandıran ABŞ bu ölkəyə hərbi müdaxiləni dəstəkləmədiyini açıqlayıb


ABŞ Suriyadakı vəziyyətin hərbiləşdirilməsini düz hesab etmir və hərbi müdaxilə ideyasını dəstəkləmir. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner belə bir bəyanatla çıxış edib.

«Biz artıq bəyan etmişik ki, Suriyanın daha artıq hərbiləşdirilməsini yaxşı ideya saymırıq. Biz heç bir variantı gündəlikdən çıxarmırıq. Lakin indi bizim səylərimiz zorakılığa son qoyulmasına yönəldilməlidir», deyə Toner bildirib.


Story Code: 145436

News Link :
https://www.islamtimes.org/az/news/145436/abş-suriyaya-hərbi-müdaxiləni-dəstəkləmir

Islam Times
  https://www.islamtimes.org