QR CodeQR Code

Minlərlə türkiyəli ABŞ və İsrail əleyhinə aksiya keçirdi

14 Mar 2012 09:14

IslamTimes - Türkiyəlilər ABŞ və İsrailə ölüm şüarları səsləndirərək Qəzza və Əfqanıstan xalqları ilə birlikdə olduqlarını bildiriblər.


"IslamTimes"-in verdiyi xəbərə görə türkiyəli etirazçılar ABŞ-ın Əfqanıstandakı və İsrailin Qəzzadakı cinayətlərini pisləyərək ABŞ və İsrailə ölüm şüarları səsləndiriblər.

Ciddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunan etiraz aksiyasında nümayişçilər sitəmkarlarla mübarizədə Qəzza və Əfqanıstan xalqları ilə birlikdə olduqlarını bildiriblər.

Taksim meydanından start götürən və Qalatasaray meydanınadək davam edən yürüşdə ABŞ və NATO əleyhinə şüarlar da səsləndirilib.

Aksiyanın sonunda ABŞ və İsrail bayraqlarına od vurulub və bu iki dövlətin törətdiyi cinayətləri pisləyən bəyanat oxunub.


Story Code: 145512

News Link :
https://www.islamtimes.org/az/news/145512/minlərlə-türkiyəli-abş-və-israil-əleyhinə-aksiya-keçirdi

Islam Times
  https://www.islamtimes.org