0
Wednesday 14 March 2012 - 10:16

Qəddafi Sarkozinin 2007-ci il seçki kompaniyasına 50 milyon avro bağışlamışdır

Story Code : 145522
Qəddafi Sarkozinin 2007-ci il seçki kompaniyasına 50 milyon avro bağışlamışdır
Qəddafi Sarkozinin 2007-ci il seçki kompaniyasına 50 milyon avro bağışlamışdır
Islam times.org/az/ - Fransanın xəbər veb səhifələrindən birinin verdiyi məlumata əsasən Liviyanın qətlə yetirilmiş diktatoru Muammar Qəddafi Fransa prezidenti Nikolas Sarkozinin 2007-ci ildəki seçki kompaniyasına 50 milyon avro pul bəxşiş etmişdir.

Bazar ertəsi günü dərc olunan məlumatda “Mediapart” xəbər agentliyinin müxbirlərindən biri bu bəxşişi təsdiq edən sənədləri gördüyünü bildirir.

Məlumata əsasən bu pullar İsveçrə və Panamadakı bank hesablarından köçürülmüşdür.
Mediapartın müxbiri Faberik Arfinin dediklərinə görə onlar bu sənədin mövcudluğunu bilirdilər, ancaq ilk dəfədir ki, o sənəddə hansı məlumatların olduğunu əldə edirlər.

Arfi həmçinin əlavə edərək bildirib ki, bu sənəddə tarix, yer və məbləğ kimi məlumatlar öz əksini tapıb.
Fransız prezidenti Fransanın milli televizyası olan TF1 kanalına müsahibə verərkən bu məlumatları çox sərt şəkildə inkar etdi.
Sarkozi jurnalistin bu məlumat haqda sualına bu cür cavab verdi: “Əgər Qəddafi mənim seçki kompaniyamı maliyyələşdirsəydi, bu zaman mən özümü çox alçalmış hiss edərdim. ”

Sarkozi 2007-ci il prezident seçkilərindən əvvəl Fransanın daxili işlər naziri vəzifəsində çalışırdı. Seçkiləri qazandıqdan sonra Qəddafini Fransaya dəvət etmiş və onun çadrını Parisdə yerləşən Yelisey sarayının yaxınlığında qurmasına icazə vermişdir. Fransız prezidenti həmin vaxt Qəddafiyə dəfələrlə “Qardaş Lider” kimi müraciət etmişdir.

İSLAMTİMES
Source : islamtimes
Comment