0
Wednesday 14 March 2012 - 22:27

Hacı İlham Əliyevdən yeni məlumat var

Story Code : 145683
Hacı İlham Əliyevdən yeni məlumat var
Hacı İlham Əliyevdən yeni məlumat var
İlk əvvəl onların harada saxlanıldığı və hansı maddələrlə ittiham olunması barədə rəsmi orqanlardan xəbər almaq mümkün olmadı.

İndiyə qədər də rəsmi orqanlar bir-iki nəfəri çıxmaq şərti ilə həbs olunan 25-ə yaxın dindar barədə heç bir açıqlama verməyib. Həbs olunan dindarlar barədə yaxınları və vəkilləri vasitəsi ilə məlumat əldə etmək olub. Amma bəzən nədənsə vəkillər də məlumat verməkdən çəkinirlər. Bunlar əsasən dövlət tərəfindən təyin olunan vəkillər olur.

Məlumat əldə edilməsi mümkün olmayan ruhanilərdən biri də Binə qəsəbəsinin axundu Hacı İlham Əliyev idi. Bu gün İlham Əliyevin vəkili ilə əlaqə saxladıq. Vəkildən müvəkkili barədə məlumatı çətinliklə əldə etdik.Vəkil Pərviz Ələkbərov FaktXeber.com-a verdiyi açıqlamada bildirdi ki, Hacı İlham Əliyev barədə məlumat verməyə səlahiyyəti çatmır. Bu istintaq sirridir. Yalnız onu deyə bilərəm ki, müvəkkilim, ilahiyyatçı Hacı İlham Əliyev Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittiham olunur. O, hazırda Şüvəlan tədricxanasında saxlanılır. Səhhəti normaldır.
Source : faktxeber
Comment