QR CodeQR Code

Ravvin Veys: “Sionizm su yerinə qan axıdır.”

islamtimes , 15 Mar 2012 21:53

İslamtimes - Ravvin Yisrael Dovid Veys İsrailin qeyri leqitim dövlət olduğuna inanır.


islamtimes.org/az/ - İsrail baş naziri Binyamin Netanyahu keçən həftə Purim bayramı ərəfəsində Vaşinqtona etdiyi səfərdə ABŞ prezidenti Barak Obamaya simvolik hədiyyə hesab etdiyi Esterin əhdi ətiq kitabını hədiyyə etmişdir.

Netanyahu bu kitabı “İran məsələlərinin pərdə arxası” adlandırmış, halbuki bu kitabda təxminən 2500 il bundan əvvəl Fars imperiyasında olan yəhudi əlaqələrindən danışılır.

Bu kitab alimlər tərəfindən demək olar ki uydurma bir kitab hesab edildiyi halda, Netanyahu İrana qarşı öz mövqeyinə bəraət qazandırmaq üçün bu kitabdan istifadə edir.

Netanyahu bildirmişdir ki, İsrail özünü müdafiə etmək hüququnu qoruyub saxlamalıdır. Bu Yəhudi xalqının bizim üzərimizdə olan hakimiyyəti üçün Yəhudi dövlətinin əsas hədəflərindən biridir.

Ancaq Netanyahunun tarixə mübahisəli yanaşması, hətta onun İsrail dövlətini qoruyub saxlamaqdakı mübarizəsi İudaizmin öz din mənsubları tərəfindən də sorğu-sual olunur.

İsrailin qeyri leqitim dövlət olduğunu söyləyən, “Yəhudilər Sionizmə qarşı” birliyinin sədri Yəhudi din alimi Ravvin Yisrael Dovid Veys Netanyahunun çıxışına münasibət bildirərək demişdir ki, bu Allahın iradəsinə zidd olan bir şeydir və yəhudi bu cür olmamalıdır. Sionizm qan yerinə su axıdır və Fələstinə qarşı etdiyi haqsızlıqlar düzgün deyil.

İran və Prezident Əhmədi Nejadın təhdidlərinə gəldikdə isə o bildirmişdir ki, Əhmədi Nejad Yəhudi cəmiyyətlərinə xeyriyyə yardımları edir və bir söz deyir: onun problemi Fələstin xalqına zülm edənlərlədir. Biz sionizmin yəhudilər üçün təhlükə olduğu mövzusunda onunla razıyıq, çünki Tövratda deyilir ki, əgər Allaha qarşı üsyan etsəniz bu zaman sizə çox pis bəlalar üz verəcək və artıq sionizm o bəlaları bizə gətirib və bundan da pis hadisələr baş verə bilər.

İSLAMTİMES


Story Code: 145928

News Link :
https://www.islamtimes.org/az/news/145928/ravvin-veys-sionizm-su-yerinə-qan-axıdır

Islam Times
  https://www.islamtimes.org