QR CodeQR Code

Vatikan ABŞ-ın Kubaya qarşı embarqosunu pisləyib

17 Mar 2012 07:09

IslamTimes - Vatikan Kubanın Birləşmiş Ştatlar tərəfindən iqtisadi blokadaya alınmasını pisləyir. APA-nın məlumatına görə, bu barədə Vatikanın rəsmi nümayəndəsi Federiko Lombardi bəyan edib.


«Vatikan hesab edir ki, embarqo insanları əziyyət çəkməyə məcbur edir və xeyirxah məqsədlərə xidmət etmir», deyə Lombardi bildirib.

Xatırladaq ki, bu il martın 26-18-də Roma papası XVI Benedikt Kubaya səfər etməlidir. Roma-katolik kilsəsinin başçısı ikinci dəfədir ki, Azadlıq adasına gedəcək. 14 il əvvəl Papa Papa II İoann Pavel də Kubada olub. XVI Benedikt Kubanın iki böyük şəhərində dini mərasimlərə qatılacaq və ölkənin lideri Raul Kastroyla görüşəcək.

Diktator ABŞ hakimiyyəti Kubaya qarşı sanksiyaları 1961-ci ildən etibarən tətbiq etməyə başlayıb.


Story Code: 146174

News Link :
https://www.islamtimes.org/az/news/146174/vatikan-abş-ın-kubaya-qarşı-embarqosunu-pisləyib

Islam Times
  https://www.islamtimes.org