QR CodeQR Code

Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

18 Mar 2012 06:57

IslamTimes - Azərbaycan MTN-nin İran İslam İnqilabı Mühafizəçiləri Korpusu – SEPAH-la əməkdaşlıq edən dəstə üzvlərini ifşa etməsi iddiası ilə bağlı Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb.


APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə İran XİN-i etirazını bildirərək Azərbaycan tərəfinin bütün ittihamları rədd edib. Bildirib ki, Azərbaycanın hərəkətləri Naxçıvanda bağlanan üç tərəfli sazişə və iki ölkənin müdafiə nazirlərinin imzaladığı razılaşmaya ziddir.

Qeyd olunub ki, “sionist təşkilatlar başqa ölkələrdə də oxşar ittihamları İrana qarşı irəli sürülməsinə təşəbbüs göstərirlər”.

Öz növbəsində Cavanşir Axundov bildirib ki, Azərbaycan İranla əməkdaşlığın genişlənməsində maraqlıdır. O Tehranın rəsmi mövqeyini Azərbaycan hökumətinə çatdıracağını deyib.


Story Code: 146444

News Link :
https://www.islamtimes.org/az/news/146444/azərbaycanın-tehrandakı-səfiri-iran-xarici-işlər-nazirliyinə-çağırılıb

Islam Times
  https://www.islamtimes.org