0
Monday 19 March 2012 - 12:20

Mossad və CIA etiraf etdilər

Story Code : 146740
Mossad və Cia  etiraf etdilər
Mossad və Cia etiraf etdilər
Islam times.org/az/ - ABŞ və İsrail bu yaxınlara kimi İranın nüvə silahı əldə etmək istədiyini bəhanə gətirərək onu hərbi müdaxilə ilə təhdid edirdi. Amma buna baxmayaraq ABŞ kəşfiyyat məmuru Vaşinqton və Tel Əvivin Tehranın nüvə enerjisi proqramının dinc məqsədlər daşıdığını qəbul etdiklərini bildirib.

“The New York Times” qəzetinin adı açıqlanmayan ABŞ kəşfiyyat məmuruna istinadən verdiyi məlumata görə artıq İranın nüvə silahı əldə etmək fikrinin olmadığını ABŞ və İsrail kəşfiyyat
orqanları yekdilliklə qəbul edirlər.

Sabiq ABŞ məmuru əlavə edərək bildirib ki, İsrail kəşfiyyat idarəsi olan Mossad İranın nüvə proqramını dinc məqsədlər üçün inkişaf etdirməsi mövzusunda ABŞ-la həmfikirdir.

Hələ fevralın 23-də “Los Angeles Times”-ın verdiyi məlumata əsasən, 16 ABŞ kəşfiyyat təşkilatı Tehranın nüvə silahı əldə etmək fikrinin olmadığını təsdiqləmişdilər.

Olduqca yüksək ixtisaslı kəşfiyyat məmurlarının qiymətləndirmələri demək olar ki, ABŞ-ın bütün yüksək rütbəli məmurları tərəfindən qəbul edilmişdir.

İran nüvə silahının yayılmaması haqqında müqaviləni (NPT) imzalamış və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvüdür.
Source : islamtimes
Comment