QR CodeQR Code

Yaponiya: İsrailin İrana qarşı təhdidləri qeyri qanunidir

islamtimes , 19 Mar 2012 12:33

İslamtimes - Nano və bio texnalogiya sahəsi də daxil olmaqla İranın bir çox elm sahəsində yüksək nəaliyyətlər əldə etdiyini qeyd edən səfir bildirib ki, bəzi xarici dövlətlər İranın bu cür inkişaf etməsinə qısqanclıqla yanaşırlar.


islamtimes.org/az/- Yaponiyanın İrana təyin olunmuş səfiri Kiniçi Kumanonun bildirdiyinə görə İsrail rejiminin İrana qarşı müharibə təhdidləri yersiz və qeyri qanunidir.

İSNA xəbər agentliyinin Kumona istinadən verdiyi xəbərdə bildirilir ki, bu cür təhdidlər qeyri qanunidir və İsrail artıq bu cür təhdidlər etməklə ad qazanıb və onun bu təhdidləri çox təhlükəlidir.

İranın yaxın zamanlarda təşkil olunacaq 5+1 qrupu çərçivəsində danışıqlarına şərh verən Yaponiyalı səfir bildirib ki, hər iki tərəf müsbət nəticələr əldə etmək üçün gərək danışıqlar zamanı qarşılıqlı anlaşmaya riayət etsinlər.

Nano və bio texnalogiya sahəsi də daxil olmaqla İranın bir çox elm sahəsində yüksək nəaliyyətlər əldə etdiyini qeyd edən səfir bildirib ki, bəzi xarici dövlətlər İranın bu cür inkişaf etməsinə qısqanclıqla yanaşırlar.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri İranı nüvə enerjisini hərbi məqsədlər üçün inkişaf etdirməkdə ittiham edirlər.
Tehran isə bu iddiaları dəfələrlə rədd edərək Nüvə Silahının Yayılmaması Müqaviləsini imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olan ölkə kimi dinc məqsədlər üçün nüvə enerjisini inkişaf etdirməyə tam haqqı olduğunu bildirir.

İran xarici işlər naziri Əli Əkbər Salehi bildirmişdir ki, Tel Əvivin İrana qarşı hərbi təhdidlərinə baxmayaraq, İsrailin müharibə olacağı təqdirdə bu müharibədən sağ çıxmaq ehtimalı sıfıra bərabərdir.
O Danimarkanın TV2 kanalına müsahibəsində bildirmişdir ki, bizə qarşı olan hər hansı bir təhdidi biz çox ciddi qəbul edirik, hətta bu dünyanın ən zəif ölkəsi tərəfindən olmuş olsa belə.


Story Code: 146741

News Link :
https://www.islamtimes.org/az/news/146741/yaponiya-israilin-irana-qarşı-təhdidləri-qeyri-qanunidir

Islam Times
  https://www.islamtimes.org