QR CodeQR Code

Jurnalistlərə qarşı məhkəmə işləri

19 Mar 2012 14:16

IslamTimes - Bu gün Media Hüquqları İnstitutu (MHİ) ATƏT-in Bakı ofisi ilə birgə Azərbaycan mediası və jurnalistlərə qarşı məhkəmə işləri ilə bağlı dəyirmi masa keçirib.


Tədbirdə çıxış edən MHİ-nin koordinatoru Xalid Ağaliyev jurnalistlərlə məhkəmələr arasında münasibətlərə toxunub: "Son 7 ildə ölkədə böhtan və təhqirlə bağlı məhkəmə çəkişmələrində 21 jurnalist həbs edilib. 2005-2006-cı illərdə jurnalistlərlə bağlı şikayət verənlərin 95 faizi rəsmi şəxslər, deputat və məmurlar olub. 2007-ci ildə isə 103 dəfə jurnalistlərin həbs olunması tələb olunub. Bu iddiaların isə 30 faizi təmin olunub və jurnalistlərə 37 dəfə cinayət cəzası verilib. 2005-ci ildən bu günə qədər isə 21 jurnalist böhtan və təhqirlə bağlı iddialara əsasən həbsdə olub".
Daha sonra "Yeni Müsavat" qəzetinin məhkəmə çəkişmələrindən danışan X.Ağaliyev bildirib ki, qəzetdən tələb olunan təzminat üst-üstə 3 milyon manata yaxındır. /HaqqYolu/


Story Code: 146775

News Link :
https://www.islamtimes.org/az/news/146775/jurnalistlərə-qarşı-məhkəmə-işləri

Islam Times
  https://www.islamtimes.org