0
Monday 19 March 2012 - 14:24

Anar Qasımlı apellyasiya şikayəti verəcək

Story Code : 146780
Anar Qasımlı apellyasiya şikayəti verəcək
Anar Qasımlı apellyasiya şikayəti verəcək
Onları İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasına köçürməyiblər. Məlumatı “Media forum” saytına vəkil Anar Qasımlı verib.

Mitinqdə “Bulustan” rep qrupunun ifa etdiyi musiqinin sözlərinə etiraz qarşıdurma yaradıb, polislər repçi Camal Əli, gitaraçı Natiq Kamilov və “NİDA” Vətəndaş Hərəkatının üzvü Etibar Salmanlını tutub. Səbail Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı 5 sutka həbs cəzası alıb. Gənclər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunublar.

Martın 19-da “Media forum” saytına danışan vəkil Anar Qasımlı bildirib ki, apellyasiya şikayəti hazırlayır.Vəkil onu da əlavə edib ki, Camal Əli və Natiq Kamilov Səbail Polis İdarəsində xəsarətlər alıb: “Hətta Camal Əlinin üstünə təcili tibbi yardım çağırıblar”.
Source : media forum
Comment