0
Tuesday 20 March 2012 - 09:28

İran Rusiya ilə birgə yeraltı təbii qaz anbarları inşa edəcək

Story Code : 146981
İran Rusiya ilə birgə yeraltı təbii qaz anbarları inşa edəcək
İran Rusiya ilə birgə yeraltı təbii qaz anbarları inşa edəcək
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiyanın “Qazprom” şirkətindən açıqlama verilib. Şirkətdən bildirilib ki, ABŞ-ın və Qərbin İrana qarşı birtərəfli sanksiyalarına etiraz olaraq Rusiya İranla əməkdaşlığı davam etdirəcək: “Ötən ildən başlayaraq Tehran yaxınlığında yeraltı təbii qaz anbarlarının inşa edilməsi üçün İran rəsmiləri ilə görüşlərimiz olub. Bəzi xarici şirkətlər də bu layihəyə maraq göstərərək İrana qarşı sanksiyalara etiraz olaraq yeraltı təbii qaz anbarlarının inşası layihəsinə ortaq olmaq istəyiblər”.
Comment