QR CodeQR Code

Bakıda çökmə, aşırımda sürüşmə

20 Mar 2012 12:08

IslamTimes - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin APA-ya verdiyi məlumata görə, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin D massivində, 16-cı binanın yaxınlığında, uzunluğu 20, hündürlüyü 6 metrdən ibarət olan istinad divarı uçub.


Onun sözlərinə görə, divarın uçmasına torpaq çökməsi səbəb olub. Ş. Niftiyev deyib ki, istinad divarı yamacda olan yaşayış binasının 2-3 metr yaxınlığında tikilib: “Çökmənin səbəbi binanın kanalizasiya sularının yer səthinə axmasıdır. Uçqunun qarşısı alınmasa binanın mühafizəsiz qalacaq”.
Şamaxı rayonunun Şərədil kəndi yaxınlığındakı sürüşmə sahələrində aktivlik müşahidə olunur.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, ərazi qar örtüyündən tam təmizlənəndən sonra orada problemlər yarana bilər: “Həmin kənd Ağsu aşırımının girəcəyində yerləşir. Ərazidə 4 böyük sürüşmə sahəsində yağışlar və qar əriməsi nəticəsində müəyyən qədər səthi yuyulma prosesləri müşahidə olunub. Sürüşmə ehtimalı var və bu baş versə, yolun bağlanmasına səbəb ola bilər”. /HaqqYolu/


Story Code: 147010

News Link :
https://www.islamtimes.org/az/news/147010/bakıda-çökmə-aşırımda-sürüşmə

Islam Times
  https://www.islamtimes.org