QR CodeQR Code

Ayətullah əl üzma Xamenei İran xalqını təbrik edib

21 Mar 2012 10:20

IslamTimes - İranın ali dini lideri ölkəsinin ötən il əldə etdiyi nailiyyətləri alqışlayıb


İranın ali dini lideri Ayatullah əl üzma Seyid Əli Xamenei Novruz bayramı münasibətilə İran xalqını təbrik edib. Xamenei ölkənin ötən il əldə etdiyi nailiyyətləri alqışlayıb, 2011-ci il və şəmsi 1390-cı ilin dünyada, region və İranda hadisələrlə zəngin olduğunu bildirib.

Ali dini lider bildirib ki, İranın düşmənləri ötən ilin əvvəlindən bu ölkəyə qarşı düşmənçilik tədbirlərinə başlasa da, İran xalqı, rəsmiləri öz ehtiyatlı tədbirləri ilə bu sanksiyalarla mübarizə apara bilib. Ötən ilin şüarı olan "İqtisadi cihadın" heç zaman bitməyəcəyini vurğulayan cənab Xamenei əlavə edib ki, iqtisadi məsələlərin ən mühüm aspektlərindən biri yerli istehsaldır. O, yeni ili "Milli İstehsal, İranın sərvətinə və əməyə dəstək ili" adlandırıb.


Story Code: 147198

News Link :
https://www.islamtimes.org/az/news/147198/ayətullah-əl-üzma-xamenei-iran-xalqını-təbrik-edib

Islam Times
  https://www.islamtimes.org