0
Wednesday 21 March 2012 - 15:01

İsrail əsgərləri 2011-ci ildə daha çox fələstinli qətlə yetiriblər

Story Code : 147254
İsrail əsgərləri 2011-ci ildə daha çox fələstinli qətlə yetiriblər
İsrail əsgərləri 2011-ci ildə daha çox fələstinli qətlə yetiriblər
Islam times.org/az - İsnan hüquqları müdafiə qruplarının bildirdiyinə görə keçən il İsrail əsgərləri tərəfindən qətlə yetirilən fələstinlilərin sayı xeyli artıb.

“B’Tselem” hüquq müdafiə mərkəzi 2011-ci ildə İsrailin Qəzza zolağına hücmları zamanı 105 fələstinlinin öldüyünü və digər 11-nin isə Qüdsün Qərb və Şərq sahilləri tərəfində İsrail əsgərləri tərəfindən qətlə yetirildiyini göstərən 63 səhifədən ibarət hesabat çap etdirib.

Frans Pres Agentliyinin verdiyi məlumata əsasən qəfil hücum və zorakılıq hallarını kənara qoymaq şərti ilə dəqiq faktların olması vəziyyətin çox dəhşətli olduğunu göstərir.

Müdafiə qrupları həmçinin bildirmişdilər ki, İsrailin Fələstin ərazilərini işğal etmələrinin 45-ci ilinə daxil olmasına baxmayaraq İsrail Fələstin münaqişəsində heç bir yumuşalma müşahidə olunmayıb.

“B’Tselem” hüquq müdafiə qrupu bildirdi ki, bu il İsrailin Qəzza zolağını və Qərb Sahilini işğal etməsinin 45-ci ili tamam olur. Ancaq bu keçən illər ərzində bu münaqişədə heç bir yumuşalma görülmədi.

1967-ci ildə İsrail rejimi müharibə zamanı Qərb Sahilini, Qolan Yüksəkliklərini, Şərqi Qüdsü və Qəzza zolağını işğal etmiş və Qəzzadan yalnız 2005-ci ildə çıxmışdır.

“B’Tselem”-in verdiyi hesabatda bildirilir ki, İsrailin uzunmüddətli işğalı insan hüquqlarının pozulmasının sayını artırıb.

Hesabatda daha sonra bildirilir ki, müharibə zamanı insan hüquqlarının pozulması təbii bir işdir, ancaq İsrailin bu uzun müddətli işğalı daha çox insan hüquqlarının pozulmasına səbəb olub.

“B’Tselem”-əsasən 2010-cu ildə İsrail qüvvələri ümumilikdə 68 fələstinlini qətlə yetiriblər.

İSLAMTİMES
Source : islamtimes
Comment