QR CodeQR Code

Ərdoğan: Novruz dünyada sülhün, qardaşlığın simvoludur

22 Mar 2012 10:48

IslamTimes - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə bu bayramı qeyd edən xalqları təbrik edib.


Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat verib.

"Novruz dünyada sülhün, qardaşlığın simvoludur", - Ərdoğan bildirib.

Bu gün Türkiyənin bir çox şəhərlərində rəsmi olaraq Novruz şənliklərinə start verilib. Novruz şənlikləri ölkənin İstambul, Ankara, İğdır və bir sıra böyük şəhərlərində keçirilir. Şənliklər keçirilən şəhərlərdə polis gücləndirilmiş iş rejiminə keçib.

Lakin buna baxmayaraq bir neçə şəhərdə polislə şənlik keçirənlər arasında qarşıdurmalar da yaşanıb.


Story Code: 147414

News Link :
https://www.islamtimes.org/az/news/147414/ərdoğan-novruz-dünyada-sülhün-qardaşlığın-simvoludur

Islam Times
  https://www.islamtimes.org