0
Thursday 22 March 2012 - 11:35

Büdcə planının açıqlanması Londonda etirazlara səbəb olub

Story Code : 147417
Britaniya etiraz aksiyası
Britaniya etiraz aksiyası
İngiltərədə yeni büdcə planının açıqlanması etirazlara səbəb olub. Paytaxt Londonda baş tutan etiraz aksiyasına onlarla insan qatılıb. Aksiyada fəallar hökumətin maliyyə siyasətinə qarşı etiraz şuarları səsləndiriblər.

Etirazçılar həmçinin, səhiyyə, iş və təqaüd sahələrində olan boşluqların doldurulmasını tələb ediblər. İngiltərənin maliyyə naziri Corc Ozborn parlamentdə çıxışı zamanı hökumətin ciddi səyləri nəticəsində ölkənin büdcəsində irəliləmə qeydə alındığını və bunun nəticəsi olaraq da bu il borcların azaldılacağını bildirib. Onun sözlərinə görə, vergilərin artırılması, eyni zamanda, bir çox sahələrdə işçilərin vergidən azad edilməsi ilə nəticələnəcək.

Lakin ingilis jurnalistlər belə bir plan nəticəsində əsas yükün yüksək gəlirli işçilərin üzərinə düşəcəyini qeyd ediblər. Etirazçılar isə hökumətin bu planına etibar etmədiyini və fakta əsaslanaraq hər gün onlarla insanın iş yerini itirdiyini bildirib
Source : Qaynar
Comment