QR CodeQR Code

Avropa Birliyi Belarusa qarşı yeni sanksiya hazırlayır

Milli.az , 22 Mar 2012 12:04

IslamTimes - Avropa Birliyi (AB) Belarusa qarşı növbəti sanksiyanın tətbiqinə hazırlaşır.


Sanksiya Aleksandr Lukaşenko hakimiyyətinə aidiyyatı olan daha 12 nəfərin AB ölkələrinə səfərinə qadağa qoyulmasını nəzərdə tutur.

Sanksiyanın AB ölkələrinin XİN başçıları arasında sabah Brüsseldə keçiriləcək görüşdə təsdiqlənməsi nəzərdə tutulub. Sənədə əsasən həmin şəxslərin, eyni zamanlarda onlarla əlaqəli 29 şirkətin aktivlərinin dondurulmasını nəzərdə tutur.

Xatırladaq ki, AB indiyədək 230 belaruslu məmura və 3 şirkətə eyni sanksiyalar tətbiq edilib.


Story Code: 147420

News Link :
https://www.islamtimes.org/az/news/147420/avropa-birliyi-belarusa-qarşı-yeni-sanksiya-hazırlayır

Islam Times
  https://www.islamtimes.org