QR CodeQR Code

Sergey Lavrov: “İran atom silahı istehsal etmir”

23 Mar 2012 15:44

IslamTimes - “İran atom silahı istehsal etmir və bunu ABŞ-ın kəşfiyyat orqanı, eləcə də ölkə rəsmiləri bilir”.


APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
İranın mübahisəli nüvə proqramı haqqında müsahibə verən S.Lavrov xəbərdarlıq edib ki, ABŞ və ya İsrailin hücumlarına məruz qaldığı halda İranın nüvə silahı əldə etməkdən başqa çıxış yolu qalmayacaq: “Nüvə silahı istehsal edilməsi üçün İran rəsmiləri tərəfindən siyasi qərar çıxarılmayıb. ABŞ rəsmiləri də belə bir qərarın verilməsi barədə məlumatlarının olmadığını təsdiq edirlər”. /Deyerler/


Story Code: 147705

News Link :
https://www.islamtimes.org/az/news/147705/sergey-lavrov-iran-atom-silahı-istehsal-etmir

Islam Times
  https://www.islamtimes.org