QR CodeQR Code

Çin İrandan neft ixracına davam edəcək

24 Mar 2012 10:01

IslamTimes - İranla ötən ilki ticarət həcmi 45 milyard dollar olan Çinin XİN sözçüsü İrana qarşı sanksiyalara qoşulmayacaqlarını bildirib


Çin İrandan neft ixracına davam edəcək. APA-nın məlumatına görə, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hunq Li təkrar açıqlayıb. O bildirib ki, ölkəsinin neft ehtiyacını təmin etmək üçün Çin İrandan bundan sonra da neft ixrac edəcək: “ Bu Çinin üçüncü ölkəyə qarşı olduğu demək deyil. Ölkəmiz ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının əleyhinədir”.

H.Li əlavə edib ki, Çin İrana qarşı sanksiyalara qoşulmayacaq.

Qeyd edək ki, İran və Çinin ötən ilki ticarət həcmi 45 milyard dollar olub.


Story Code: 147820

News Link :
https://www.islamtimes.org/az/news/147820/çin-irandan-neft-ixracına-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org