QR CodeQR Code

“İrana hərbi müdaxilə ABŞ-ın tarixində ən böyük səhv olar”

24 Mar 2012 18:41

IslamTimes - Fidel Kastro: “İrana hərbi müdaxilə ABŞ-ın tarixində ən böyük səhv olar”.


APA-nın məlumatına görə, bunu Kubanın sabiq prezidenti Fidel Kastro “Fəlakətə aparan yollar” adlı məqaləsində yazıb.

O bildirib ki, müharibə təcrübəsi olan İranın hücumlara qarşılıq vermədən təslim olacağını düşünən Ağ Ev yanılır. F. Kastro məqaləsində onu da yazıb ki, İsrail İranın nüvə obyektlərinə hücum etməyi açıq şəkildə bəyan edir və ABŞ nüvə silahı istehsalına yüz milyonlarla dollar vəsait sərf edir: “İsrail ABŞ-ın dəstəyi ilə nüvə silahı istehsal edib. Qərb ölkələrinin İranın nüvə proqramına qarşı çıxaraq İsraili dəstəkləməsi ikili standartdır”.

İranın nüvə proqramını dəstəkləyən F.Kastro uranın zənginləşdirilməsinin sülh məqsədləri üçün də istifadə edilə biləcəyini vurğulayıb: “Uranı zənginləşdirmək nüvə silahı istehsal etmək demək deyil”.


Story Code: 147876

News Link :
https://www.islamtimes.org/az/news/147876/irana-hərbi-müdaxilə-abş-ın-tarixində-ən-böyük-səhv-olar

Islam Times
  https://www.islamtimes.org