QR CodeQR Code

Əfqanıstanda terror aktı törədilib

25 Mar 2012 11:38

IslamTimes - Əfqanıstanda törədilən terror aktı nəticəsində 4 nəfər həlak olub


Əfqanıstanın Uruzqan vilayətinin Tarinkot şəhərində avtomobilin partlaması nəticəsində 4 nəfər həlak olub. Bu barədə APA Pajvak agentliyinə istinadən məlumat verir.

Hadisə şəhərin Deh-Yak rayonunda baş verib. Həlak olanlar arasında Uruzqan vilayətindən olan keçmiş senator Hacı Xeyru Can, puştu tayfa başçısı Hacı Şərafəddin də var.

Terror aktına görə heç bir qruplaşma öz üzərinə məsuliyyəti götürməyib.


Story Code: 148042

News Link :
https://www.islamtimes.org/az/news/148042/əfqanıstanda-terror-aktı-törədilib

Islam Times
  https://www.islamtimes.org