QR CodeQR Code

İrana qarşı sanksiyalar dünya iqtisadiyyatına təsir edib

Islamtimes , 25 Mar 2012 17:57

İslamtimes - Röyters : ]qtisadi embarqolar Tehranın nüvə proqramının qarşısını almaq iqtidarında deyil, əksinə bu sanksiyalar neftin qiymətinə təsir etməklə dünya iqtisadiyyatını risk altında qoyub.


islamtimes.org/az/ - Hesabatda bildirilir ki, Qərb dövlətlərinin İrana qarşı sanksiyaları qiymətlərin kobud şəkildə qalxmasına və dünya iqtisadiyyatına ciddi təsir etməsinə səbəb olub.

Röytersin şənbə günü verdiyi məlumatda bildirilir ki, iqtisadi embarqolar Tehranın nüvə proqramının qarşısını almaq iqtidarında deyil, əksinə bu sanksiyalar neftin qiymətinə təsir etməklə dünya iqtisadiyyatını risk altında qoyub.

Məlumatda həmçinin ABŞ prezidenti Barak Obamanın və Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristian Laqardın İran üzərindəki gərginlik qiymətlərin kobud şəkildə qalxmasına və iqtisadi şoka gətirib çıxaracağı haqda xəbərdarlıqları qeyd edilib.

Hesabatda həmçinin bildirilir ki, bu hadisələr dünya iqtisadiyyatına və Qərb dövlətlərində yüksələn işsizlik probleminə və istehlakçıların inamına ciddi zərbə endirəcək.

Məqalədə yer alan digər məlumata əsasən Avropa Birliyi yanvar ayında İran xammalının idxalını qadağan etdikdən sonra, mart ayına olan hesabat göstərdi ki, avrozonanın özəl sektoru nəzərə çarpacaq dərəcədə aşağı düşüb.

2011-ci ilin dekabrından bəri dünya xammal qiymətləri 20% artmış və əgər dünyanın 3-cü neft ixracatçısı olan İran sanksiyalar nəticəsində neft ixracını dəyandırarsa və yaxud strateji enerji korridoru hesab edilən Hörmüz boğazını bağlamağa cəhd edərsə nəticədə dünya qiymətləri daha da artmağa başlayacaq və Qərb dövlətlərin iqtisadiyyatına ciddi zərbə vuracaq.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri Tehranı nüvə proqramını hərbi məqsədlər üçün inkişaf etdirməkdə ittiham edirlər. ABŞ və Avropa Birliyi isə bu bəhanədən istifadə edərək İrana qarşı sanksiyalar tətbiq etmişdir.

Yanvarın 23-də Avropa Birliyi Xarici İşləri nazirləri Belçikada görüşərək üzv ölkələrin İrandan neft idxal etmələrini və bank köçürmələrinə qadağa qoyan yeni sanksiyalar qəbul ediblər.

Avropa Birliyinin çıxardığı bu qərarlar Vaşinqtonun yeni il ərəfəsində İran enerjisinə və maliyyə sektoruna qoyduğu sanksiyalardan sonra baş verdi.

İran dəfələrlə ittihamları rədd edərək, Nüvə Yayılmama müqaviləsini imzalayan və Beynəlxaq Atom Enerjisi Agentliyinin üzvü olan bir dövlət kimi dinc məqsədlər üçün nüvə proqramını inkişaf etdirmək onun tam haqqı olduğunu bildirir .

İSLAMTİMES


Story Code: 148101

News Link :
https://www.islamtimes.org/az/news/148101/irana-qarşı-sanksiyalar-dünya-iqtisadiyyatına-təsir-edib

Islam Times
  https://www.islamtimes.org