QR CodeQR Code

London fəallarından İrana dəstək

25 Mar 2012 23:17

IslamTimes - Trafalqar meydanında “Müharibə koalisiyasına son!” şüarlı etiraz aksiyası və fleşmob keçirilib


Avropada İrana dəstək kampaniyası başlayıb. Belə ki, ötən gün bir qrup insan haqqları fəalı Londonun mərkəzi Trafalqar meydanında bir araya gələrək, “Müharibə koalisiyasına son!” adlı etiraz aksiyası keçirib. Aksiyada müxtəlif millətlər və yaş təbəqəsindən olan insanlar qatılıb. Etirazçılar “İrana hücum etməyin”, “Əlinizi İrandan çəkin” kimi yazıların yer aldığı plakatlar açıb, Qərb qüvvələri əleyhinə müxtəlif şüarlar səsləndirib. Britaniyalı fəallardan biri Beynəlxalq Atom Enerji Agentliyini riyakarlıqda ittiham edib. Etirazçı qurumun İrana qarşı mövqeyini birdən-birə dəyişməsini özünəməxsus şəkildə izah edib.

“Müharibə koalisiyasına son!” hərəkatının üzvü Sem Defi mövqeyin dəyişməsinin 2009-cu illə bağlı olduğunu deyib: "Belə ki, həmin ildə qurumun rəhbərliyi dəyişmişdi. Olduqca alicənab, olduqca səmimi və dürüst insan olan Məhəmməd Əl Baradeyi vəzifəsindən istefa verdi, yerinə isə Qərbin marioneti olan, riyakar və satqın Amanonu gətirdilər”

Aksiyanın sonunda fəallar müharibənin acılı fəsadlarını insanlara çatdırmaq üçün qısa müddətli fləşmob təşkil ediblər. Etirazçılar əllərindəki plakatları buraxmadan anidən yerə uzanaraq, müharibənin qurbanlarını imitasiya edib.\anspress\


Story Code: 148160

News Link :
https://www.islamtimes.org/az/news/148160/london-fəallarından-irana-dəstək

Islam Times
  https://www.islamtimes.org