QR CodeQR Code

BMT: QƏZZANI AĞIR QIŞ GÖZLƏYİR

10 Nov 2009 15:49

BMT rəsmiləri bu il Qəzza xalqının ağır bir qış fəsli ilə üzləşəcəklərindən xəbər verdi.


BMT-nin Fələstin məntəqələrinə insani yardımlar üzrə nümayəndəsi yüzlərlə fələstinli ailələrin hələdə köçkün vəziyyətdə quru torpaq üzərində çadırlarda yaşadıqlarına işarə edərək bu il qışın onlar üçün çətin olacağına işarə etdi.

BMT nümayəndəsi Fələstin xalqının özləri üçün yaşayış binaları tikmək üçün lazımı tikinti materiallarına ehtiyacları olduğu bir vəziyyətdə sionist rejiminin bu məntəqəyə lazımı vəsaitin çatdırılmasına mane olduğuna işarə etdi.

Bundan əlavə Qəzza xalqının təmiz və içməli suya və həmçinin qışda qızınmaq üçün yanacaqa ehtiyacları olduğunu bildirərək BMT rəsmisi qeyd etmişdir.

Qeyd etmək lazımdır ki, əldə edilmiş rəsmi məlumatlara əsaən Qəzza köçkünlərinin sayı beş mindən artıqdır.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 14832

News Link :
https://www.islamtimes.org/az/news/14832/bmt-qəzzani-ağir-qiş-gözləyir

Islam Times
  https://www.islamtimes.org