QR CodeQR Code

ABŞ və Türkiyə Suriya qiyamçılarına yardım etmək haqda razılığa gəliblər

Islamtimes , 26 Mar 2012 23:27

İslamtimes - ABŞ Suriya hökumətinə təziqlərin artırılmasını tələb edib.


islamtimes.org/az/ - ABŞ prezidenti Barak Obama və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Suriyanın daxilində olan silahlı anti hökumət qiyamçılarına yardım etmək haqda razılığa gəliblər.

ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Ben Rhodesin bildirdiyinə görə Vaşinqton və Ankara bazar günü cənubi Koreyanın paytaxtı Seulda keçirilən nüvə sammitindən sonra bu razılığa gəliblər.


Obama və Ərdoğan həmçinin Suriyanın dostları adlanan anti hökumət qruplarının 2 apreldə Türkiyədə yığıncaqlarını təşkil etmək haqda qərara gəliblər. Bu yığıncaqda qiyamçılara maddi və tibbi yardımın təfsilatlarının müzakirə ediləcəyi nəzərdə tutulur.

ABŞ prezidentinin bildirdiyinə görə hər iki tərəf ən çox Suriyada qanuni hökumətə keçid üçün bir prosesin başladılması haqda razılığa gəliblər.

Adının gizli saxlanılmasını istəyən zabitlərdən birinin verdiyi məlumatda bildirilir ki, Suriyada silahlı etirazçılar Fevralın 28-də Əl Quseyr şəhərinin qərb hissəsində Fransa və ABŞ-dan silah və zenit raketləri almışdır.

Etirazçı generallardan biri isə belə demişdir: “Bizim Suriya prezidenti Bəşər Əsədi məğlub etmək üçün artıq silah və zenit raketlərimiz var. ”

Fevralın 24-də Tunisdə keçirilən “Suriyanın dostları” iclasında Səudiyyə Ərəbistanın xarici işlər naziri Səud əl Feysəl Suriya etirazşılarına özlərini müdafiə etmək üçün silah verilməsini “əla fikir ” adlandırmışdır.

İclasda iştirak edən ABŞ hökumət katibi Hillari Klinton Bəşər Əsədi istefa verməyəcəyi təqdirdə bunun ona baha başa oturacığını bildirib.
Digər ABŞ rəsmisi də Suriya hökumətinə təziqlərin artırılmasını tələb edib.

Respublikaçı senator Con Makkeyn ABŞ senatında bildirmişdir ki, Azad Suriya və digər etirazçı qruplara hərbi yardım etmək vacibdir. Bunu etməyin də ən asan yolu xarici hava qüvvələrindən istifadə etməkdir.

2011-ci Mart ayının ortalarından etibarən Suriyada vəziyyət gərgin olaraq qalır. Xeyli təhlükəsizlik qüvvələri də daxil olmaqla bu vəziyyət yüzlərlə insanın həyatına son qoyub.

Rəsmi Dəməşq isə öz növbəsində Suriyada yaranmış bu vəziyytə səbəbkar kimi xarici qüvvələr tərfindən dəstəklənən qeyri qanuni və silahlı qüvvələri görür.
Qərb və Suriya müxalifəti isə hökuməti etirazçıları qətlə yetirməkdə günahlandırır.


Story Code: 148381

News Link :
https://www.islamtimes.org/az/news/148381/abş-və-türkiyə-suriya-qiyamçılarına-yardım-etmək-haqda-razılığa-gəliblər

Islam Times
  https://www.islamtimes.org