0
Tuesday 27 March 2012 - 00:36

İsrailin İrana qarşı Azərbaycan ərazisindən casusluğunun təsdiqi

Story Code : 148402
İsrailin İrana qarşı Azərbaycan ərazisindən casusluğunun təsdiqi
İsrailin İrana qarşı Azərbaycan ərazisindən casusluğunun təsdiqi
Regiondakı müstəqil siyasi dairələr və İran mediası son illər ərzində İsrailin Azərbaycan Respublikası ərazisindən istifadə etməklə İran əleyhinə casusluğuna aid nümunələri dəfələrlə ifşa etməsinin ardınca, bu dəfə "Çağdaş İranı Araşdırma Mərkəzi"nin prezidenti açıqladı: "Əldə olan məlumatlar göstərir ki, İsrail rejiminin xüsusi xidmət orqanları Azərbaycan Respublikasından İrana qarşı radioelektronik casusluq üçün istifadə edirlər".

Rəcəb Səfərov AR Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bu işdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və İsrail kəşfiyyat xidməti orqanları (Mossad) ilə əməkdaşlıq etməsini güman etdiyini də bildirdi.

Bakı dövlətinin təhlükəsizlik orqanları son illər ərzində ABŞ və İsrail kəşfiyyat orqanları ilə güclü əlaqələr qurublar. Rəcəb Səfərovun İsrailin İrana qarşı Azərbaycan ərazisindən casusluq etməsi barədəki nəzərlərini Rusiyanın "Vedmosti" qəzeti nəşr etmişdir.

Qəzetin yazdığına əsasən, "Çağdaş İranı Araşdırma Mərkəzi"nin prezidenti və Rusiyanın xüsusi xidmət orqanlarının sabiq işçisi Rəcəb Səfərov qəzetə verdiyi müsahibəsində izah edib: "AR MTN-nin bəyanatının mənası budur ki, adətən, müharibə zamanı və müharibədən sonra fəaliyyət göstərmək üçün təşkil edilən casusluq şəbəkələri bu ölkədə məhv olubdur".

Regiondakı müstəqil siyasi dairələrin çoxu İsrailin Bakı dövlətinin köməkliyi ilə bu ölkənin ərazisindən istifadə edərək İran əleyhinə casusluğunu dəfələrlə ifşa ediblər. Amma bu açıqlamalar hər vaxt diplomatik dairələrə çəkilirsə, azəri rəsmiləri xəbərləri məhz təkzib etməklə kifayətlənirlər.
Source : Arannews
Comment