0
Tuesday 27 March 2012 - 13:33

Bakı ilə 10 rayon arasında əlaqə tam kəsilə bilər

Story Code : 148504
Bakı ilə 10 rayon arasında əlaqə tam kəsilə bilər
Bakı ilə 10 rayon arasında əlaqə tam kəsilə bilər
Azərbaycanın paytaxtı ilə təxminən 10 rayon arasında əlaqə tam kəsilə bilər. Hazırda İsmayıllı-Muğanlı-Qəbələ yolunda bu gün səhər saatlarından sürüşmə müşahidə olunur. İsmayıllı rayon 10 saylı Yol İstismar İdarəsinin rəisi Məhəmməd Musayevin verdiyi məlumata görə, yolun bir neçə hissəsi, əsasən də 6-cı kilometrliyində torpaq sürüşməsi baş verib. İdarənin əməkdaşları yolun təmiri üçün əraziyə cəlb edilib. Çöküntü yerinə daş, qum tökülüb, müəyyən bərpa işləri görülüb. Lakin görülən işlərin elə də böyük faydası yoxdur. Əgər belə getsə, yol tamamilə dağıla və hərəkət üçün bağlana bilər. Yol bağlanarsa, paytaxtdan İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, həmçinin Göyçay və Ağdaş istiqamətlərində yol tamamilə kəsiləcək. Çünki, ötən gün Ağsu aşırımında yolun bağlanması ilə alternativ yol kimi İsmayıllı-Muğanlı-Qəbələ yolundan istifadə edilməyə başlanıb. Elə bu səbəbdən də, onsuz da sürüşməyə meylli olan yol daha çox yüklənib.

Bundan başqa yağan qarın əriməsilə torpağın yumşalması da torpaq sürüşməsinə səbəb olub. Əgər təcili ciddi tədbirlər görülməsə, yol tamammilə hərkət üçün yarasız hala düşəcək.
Comment