0
Thursday 29 March 2012 - 08:15

Əliyev Amerikada necə ifşa edildi?

Story Code : 148880
Əliyev Amerikada necə ifşa edildi?
Əliyev Amerikada necə ifşa edildi?
Maykl Ross: “Neftdən zənginləşən diktatorlar üçün yollar tikmək və silah almaq uzunmüddətli məqsədləri gerçəkləşdirməkdən daha maraqlıdır”

“Azərbaycan kimi ölkələrin vətəndaşları hökumətlərinin nə qədər pulu olduğunu öyrənsə, nə olardı?”. Belə bir sual Kaliforniya Universitetinin Cənub-Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Maykl L.Rossun kitabında qoyulub.
Bu yaxınlarda işıq üzü görmüş “The Oil Curse” kitabı bu gün ABŞ-da ən çox oxunan kitablardan biridir. Bu günlərdə Nyu-Yorkda nüfuzlu neft maqnatları və korrupsiya üzrə ekspertlər qarşısında çıxış edən Ross Azərbaycan, Venesuela və digər ölkələrdə neft gəlirlərinin necə xərclənməsinə toxunub.

Maykl Ross və onun kitabı

“Azərbaycanda hər il ölkənin illik büdcəsi haqqında parlament müzakirələri təşkil edir və bu şəkildə, guya əhaliyə məlumat verir. Əslində isə əhalinin neft gəlirlərinin yarısı haqqında belə təsəvvürü yoxdur. Bu gəlirlər büdcədə əks olunmayıb və ARDNŞ vasitəsilə mənimsənilir. Insanlar bu barədə heç nə bilmirlər", deyə Ross bildirib.
Comment