0
Monday 9 March 2009 - 23:23

Ərəbistanlı şiələr azadlığa buraxılırlar

Ayətullah Məhəmməd Hüseyn Fəzlullah və Ayətullah Məkarim Şirazi insidentlə bağlı kəskin etiraz etmişdilər
Story Code : 1489
Ərəbistanlı şiələr azadlığa buraxılırlar
Krallığın rəsmi xəbər agentliyi SPA-nın yaydığı məlumata görə, kral Abdullah şiə icmasının qabaqcıllarından ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə həbs edilən şiələrin sərbəst buraxılması ilə bağlı məsələ müzakirə obyekti olub. Nümayəndə heyətinin müraciətinə müsbət yanaşan kral şiələrin sərbəst buraxılması barədə göstəriş verib.

Şiələrə məxsus rasid.com adlı internet saytında 18 şiənin sərbəst buraxılacağı barədə yayılan xəbərlər öz təsdiqini tapıb.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanında qəbiristanlığı ziyarət edən bir qrup şiə ilə krallıq polisi arasında insident baş vermiş nəticədə bir qrup şiə həbs olunmuşdu. Buna dərhal reaksiya nümayiş etdirən Livandakı tanınmış alim Ayətullah Məhəmməd Hüseyn Fəzlullah səudiyyəli polislərin cəzalandırılmasını tələb edərək, bu cür hadisələrin məzhəblərarası gərginliyə səbəb olacağı barədə xəbərdarlıq etmişdi.
Source : Timeturk
Comment


Related links