QR CodeQR Code

İsrail rejiminin Mərakeşdəki diplomatı qaçıb

29 Mar 2012 10:13

IslamTimes - İsrail rejiminin diplomatı Devid Saranqa Mərakeşin paytaxtı Rabatda fələstinlilərin haqları üçün minlərlə insanın qatıldığı nümayişlərdən sonra Mərakeşdən qaçıb.


Saranqa "Jerusalem Post"a özünü təhlükədə hiss etmədiyini, amma bir təhlükəsizlik əməkdaşının əmriylə Mərakeşdən getmək yolunu seçdiyini bildirib. (Dünya Bülleteni)

Ötən cümə axşamı günü Mərakeşdə başlayan Fələstinə dəstək hərəkatları həftə sonu boyunca genişlənməyə davam edib. Sionist diplomat durumla bağlı bildirib: "Şənbə günü ətraf mühit, enerji və qadın haqları mövzularını müzakirə edərkən, yüz minlərlə insan çöldə etiraz nümayişi keçirirdi".

Mərakeşdə toplanan etirazçılar nümayişlərdə Qüds giriş haqqı da daxil olmaqla Fələstinli məhbusların azadlığı üçün çağırışlar səsləndirib. Xüsusilə İsrail rejiminin bayraqları yandırılıb.

Xatırladaq ki, 1994-cü ildə Mərakeş İsrail rejimi ilə diplomatik əlaqələr quran Misirdən sonra ikinci ərəb ölkəsi olub. /Deyerler/


Story Code: 148911

News Link :
https://www.islamtimes.org/az/news/148911/israil-rejiminin-mərakeşdəki-diplomatı-qaçıb

Islam Times
  https://www.islamtimes.org