QR CodeQR Code

Bağdad-Dəməşq münasibətləri yüksək səviyyədədir

29 Mar 2012 17:20

IslamTimes - Son aylarda Suriyada baş vermiş hadisələr Dəməşqlə Bağad arasında olan münasibətlərə heç bir xələl gətirməyib


"IslamTimes" "FarsNews" xəbər agentliyinə istinadən bildirir ki, İraq xarici işlər naziri Huşyar Zebari jurnalistlərin Suriya ilə münasibətlər mövzusununda sualının cavabında deyib:
"Son aylarda Suriyada baş vermiş hadisələr Dəməşqlə Bağad arasında olan münasibətlərə heç bir xələl gətirməyib və hal-hazırda Dəməşqlə bütün zəminlərdə münasibətlərimiz əla səviyyədədir."

O əlavə edib: "Suriyanın İraqdakı səfirliyi fəaliyyətini davam etdirir və siyasi-ticari əlaqələr davam etdirilir. Biz Suriyadakı problemlərin sülh yolu ilə həll edilməsini və bu ölkə əhalisinin problemsiz, rahat həyat tərzinə qayıtmasını istəyirik"


Story Code: 149012

News Link :
https://www.islamtimes.org/az/news/149012/bağdad-dəməşq-münasibətləri-yüksək-səviyyədədir

Islam Times
  https://www.islamtimes.org