0
Friday 30 March 2012 - 12:41
İran Xarixi İşlər Nazirinin müavini:

İsrail çox pis strateji vəziyyət içərisindədir

Story Code : 149129
İsrail çox pis strateji vəziyyət içərisindədir
İsrail çox pis strateji vəziyyət içərisindədir
Islam times.org/az/ - İran Xarici İşlər Nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Huseyn Əmir Əbdullahianın bildirdiyinə görə regionda olan İslami Oyanış dalğası səbəbindən İsrail çox pis strateji vəziyyət içərisindədir.

İRNA agentliyinin verdiyi məlumata əsasən Əmir Əbdullahian Livanın paytaxtı Beyrutda Livan Baş Naziri Nəcib Miqati ilə görüşü zamanı bildirib.

O daha sonra bildirib: “Sionist rejimi öz zəifliklərini örtbasdır etmək üçün Suriyada sui qəsdlər həyata keçirir.”

Suriya 2011-ci ilin martından bəri münaqişə içərisindədir və bu münaqişə nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli insan həyatını itirib.

Əmir Əbdullahian həmçinin Qərbi region işlərində ayrıseçkilik etməsini tənqid dərək Suriyaya hər hası bir xarici müdaxiləni qəbul etmədiklərini bildirib.

İran Xarici İşlır Naziri müavini bildirib: “Biz Suriyada islahatların həyata keçirilməsini vacib sayırıq və xarici müdaxiləyə qarşı müqavimət göstərməklərini və demokratiyaya tərəf inkişaf etmələrini dəstəkləyirik.”

Əmir Əbdullahian və Miqati daha sonra Livanda daxili sabitliyin və həmrəyliyin mühümlüyündən danışaraq Tehran və Beyrutun bütün sahlərdə əlaqələri inkişaf etdirməli olduğunu bildirib.
Source : Islamtimes
Comment