0
Saturday 31 March 2012 - 21:12

Suriya ilə bağlı son hadisələr

Story Code : 149190
Suriya ilə bağlı son hadisələr
Suriya ilə bağlı son hadisələr
Bəzi məntəqə dövlətlərinin xalq inqilabı kimi qəbul etdirməyə çalışdığı böhranlı vəziyyət öz həqiqi qiymətini almaq üzrədir. Kimsəyə sirr deyil ki, Suriya əhalisinin böyük əksəriyyəti mövcud hakimiyyət, şəxsən Bəşar Əsədi dəstəkləyir. Suriyada müxalifət adlandırılan qüvvə əslində Əl-Qaidə və vəhabi baxışlara malik silahlı qruplaşmalardan ibarətdir.

Artıq Bəşar Əsədə qarşı olanlar müxalifətin möhkəmləndiyi sərhəd şəhərlərinin hakimiyyət qüvvələri tərəfindən geri alındığı müşahidə edilir. Belə bir vəziyyətdə Bəşar Əsədin legitimliyini qəbul etməkdən başqa yol qalmır.

Ötən bir ildə Suriyada baş verən hadisələr ABŞ, Qərb dövlətləri və Ərəb başçılarının fitnəkarlıqlarını üzə çıxardı. Ərəb ölkələrini bürümüş İslam Oyanışı dalğası bir-bir diktatorları süquta uğratdı. Regionda
vəziyyət İsrailin zərərinə tam dəyişdi. Bu vəziyyətdə ABŞ və müttəfiqləri dayaq nöqtəsi axtarmağa məcburdur. Xüsusi ilə Tehrandan başlayıb Beyrutda qurtaran müqavimət hərəkatı dünya imperializmi üçün ciddi problemə çevrilir.

Belə bir vəziyyətdə Suriyadakı məzhəb və tayfa ixtilafları fitnəkarlar üçün bəhanə oldu. Ərəb və Qərb başçıları Suriyada müxalifəti silahlandırmaq yolunu seçdilər. Suriya Milli Şurası adlanan qruplaşmanın rəhbərliyi Türkiyədə yerləşdi. Əslində bu qrum Suriya xalqına qarşı təxribatla məşğuldur. Silahlı qruplaşmalar çox sürətlə sərhəd şəhərlərini ələ keçirməyə başladılar. Onlar tutduqları ərazidə muxtariyyət iddiası ilə çıxış etdilər. Açıq-aşkar görünür ki, Suriyada Liviya variantına əl atmaq istəyi vardır.

Amma Suriya əhalisi Bəşar Əsədə dəstək verdi, onun islahatları
müsbət qarşılandı. Silahlı qruplaşmaların əsas məqsədi aydınlaşdıqca onların süqutu reallığa çevrildi. Türkiyədə möhkəmlənmiş müxalifət xalq tərəfindən ittihamlara məruz qaldı. Suriyadakı milli və dini azlıqlar Bəşar Əsədin islahatlarına müsbət yanaşaraq ona dəstək verdilər. Müstəqil dövlətlər də Suriyanın daxili işinə qarışmamaq yolunu tutaraq xarici müdaxiləyə qarşı oldular. İmam Xomeyninin vəfatı il dönümündə böyük rəhbərlik məqamı çıxış etdi və aşkar vurğuladı ki, Amerikaya işləməyən xalq hərəkatına dəstək veriləcək. Kimsə şübhə etmir ki, Suriya hökumətinə qarşı olan silahlı qruplaşmalar ABŞ tərəfindən dəstəklənir. Çin və Rusiya eyni mövqeyi sərgiləyərək xarici müdaxiləyə qarşı çıxdılar.

Ərəb-Qərb ittifaqı Bəşar Əsədə qarşı fəaliyyətləri gücləndirdikcə Suriya hökumətinə
xalq dəstəyi gücləndi.

Fransa, İsrail, ABŞ və Türkiyənin xüsusi xidmət orqanları tərəfindən Qətərdə yaradılan mərkəz Livan, İraq, İordaniyada, hazırda isə Suriyada müxalifəti silahlandırmaqla məşğuldur. Səudiyyə Ərəbistanı və Qətərin təlaşları ilə meydana atılan qüvvələrin məğlubiyyəti qaçılmazdır. Ərəb başçıları silahlı müxalifətdən Bəşar Əsəd hakimiyyətinin devrilməsini tələb edir. Qərb başçıları da öz qətnamələri ilə bu məqsədi izləyir.

Bu arada Türkiyənin rolu daha aydındır. Öncə Suriya müxalifətini himayə edən Türkiyə hazırda xarici müdaxilə ilə tərəddüdlə çıxış edir. Hazırda Türkiyə ərazisinda bir milyon qaçqın üçün hazırlanmış düşərgələr boş qalıb. Bu düşərgədəkilər terrorçu qruplaşmalardır. Əksər xəbərlərdə bildirilirdi ki, Türkiyədə möhkəmlənən silahlı
qrulaşmalar bu dövlət tərəfindən təhrik olunur. Qruplaşmaların sələfi baxışları da ortadadır. Hətta fitnəkarlar elə bir vəziyyət yaratdılar ki, Türkiyənin Suriyaya hərbi müdaxiləsi gündəmə gəldi. Türkiyə bu xəbəri təkzib etsə də onun Suriyanın daxili işlərinə qarışması inkarolunmaz faktdır.

Müşahidə etdiyimiz kimi mövcud şərait tədricən dəyişir. Qərbin Suriyaya müdaxilə şəraiti yaradan qətnaməsinə Çin və Rusiya tərəfindən veto qoyuldu. Britaniyanın məqsədlərini heçə endirmək üçün rus hərbi gəmiləri Suriya sahillərinə yan aldı. Çin, Rusiya və İranın dəstəyi sayəsində Suriya ordusu qiyamçıların hərbi qərərgahınadək irəlilədi. Artıq Baba Ömər kimi strateji nöqtə qiyamçıların əlindən çıxıb.

Suriya ordusu onlarla xarici döyüşçü əsir götürüb. Onların arasında 12 fransız əskəri də var.
Kilometrlərlə uzanan tunellər aşkarlanıb. Bu məğlubiyyət Qərb və Ərəb başçılarının bütün planlarını alt-üst edib.

Artıq beynəlxalq səhnədə hadisələr Suriyanın xeyrinə işləyir. Bugünədək Bəşar Əsədin hakimiyyətdən getməsini tələb edən Qərb çox mülayim qətnamə ilə kifayətlənib. Artıq Bəşar Əsədin hakimiyyətdən getməsi gündəmdə deyil. Ərəb ölkələri də Ərəb Liqasının iclasında Kofi Annanın layihəsini qəbul etməklə geri çəkilib.

İnqilab rəhbəri Ərdoğanla görüşdə bu mövzuya zərif işarə edib. Suriya hadisələri aram məcraya yönəlir. Üzüqaralıq terrorçu qruplaşmaları himayə edənlərə qalacaq. İnqilab rəhbəri Türkiyənin baş naziri ilə görüşdə bildirib ki, İran Amerikanın istənilən layihəsinə müxalifdir. Maraqlıdır ki, məntəqə ölkələri Suriya hadisələrindən ibrət götürəcəkmi?
Comment