0
Friday 30 March 2012 - 21:22

"Vətən Günü" yürüşləri sionist rejim ordusunun hədəfinə çevrildi

Story Code : 149198
"Vətən Günü" yürüşləri sionist rejim ordusunun hədəfinə çevrildi
"Vətən Günü" yürüşləri sionist rejim ordusunun hədəfinə çevrildi
Quds.net saytının məlumatına görə, sionist rejim hərbçiləri cümə günü Ramullah şəhəri və əl-Əqsa məscidinin "Bab əl-Amud" qapısı yaxınlığında onlarla fələstinli gənci yaralayıblar.

Bu məlumata görə, yüzlərlə fələstinli gənc "Vətən Günü"ndə Qüdsə daxil olmaq istəyib. Amma, sionist rejim hərbçiləri rezin güllələr və gözyaşardıcı qazlarla onlara doğru hücum edib, onlarla nəfəri yaralayıblar.

Bəzi yaralıların vəziyyəti ağır elan edilib.

1976-cı ilin 30 martında sionist rejim ordusu Fələstin xalqının 1948-ci ildə işğal olunmuş ərazilərdə təşkil etdiyi etiraz aksiyasını zorakılıqla yatırdaraq, altı fələstinlini şəhid etmişdi.



Fələstinlilər və onların beynəlxalq himayəçiləri hər il 30 martda "Vətən Günü"də sionist rejimə qarşı aksiyalar təşkil edərək, Fələstin xalqını və Qüdsü himayə məqsədilə işğal olunmuş Fələstin sərhədlərinə doğru yürüş edirlər.
Source : İRİB
Comment