0
Saturday 31 March 2012 - 20:09

İngilis və İrlandiyalı aktivistlər İsrailin blokadasında olan Qəzzaya ayaq basıblar

Story Code : 149398
İngilis və İrlandiyalı aktivistlər İsrailin blokadasında olan Qəzzaya ayaq basıblar
İngilis və İrlandiyalı aktivistlər İsrailin blokadasında olan Qəzzaya ayaq basıblar
Islam times.org/az/ - İngilis və İrlandiyalılardan ibarət bir qrup aktivist İsrail blokadasında yaşayan Fələstinlilərə öz həmrəyliklərinin nümayiş etdirmək üçün Qəzza zolağına gəliblər.

“Azadlıq və Dostluq Nümayəndə Heyəti 2012” adlandırılan ikinci İrlandiyalı nümayəndə heyəti cümə axşamı günü Rafah sərhəddinin keçərək Qəzzaya gəldilər.

Səfər İrlandiyanın Derri şəhərində “Fələstinin Derri Dostları” tərəfindən təşkil edilmişdir.

Qəzza zolağında olan xəstələr üçün xeyli tibbi yardım gətirən birinci İrlandiya nümayəndə heyəti çərşənbə günü sahil boyu ərazidən daxil olublar.

Tərkibində Bardford tələbələri də olan digər İngilis nümayəndə heyəti də həmçinin Qəzzaya gəliblər. Onlar yoxsulluq səviyyəsinə gəlib çatmış ərazilərdə İrlandiya nümayəndə heyəti ilə birlikdə müxtəlif pedoqoji ərazilərdə seminarlar keçirməyi planlaşdırırlar.

Aktivistlərdən Lauren Bus Qəzzada yaşayan insanların səbr, güc və dözümlərinə heyran olduğunu bildirib.

O deyib: “Mən Qəzzadan ayrı dura bilmirəm, çünki hər dəfə bura səmimi hisslərlə gəlirik və bu ərzazini tərk etdikdə insanların bizi unutmayın sözlərini eşidirik.”

Linton demişdir: “Mən istəyirəm ki, Qəzzada olan insanlar bilsinlər ki, İngiltərədə daha çox insan Fələstinlilər, məxsusəndə Qəzza üçün mübarizə aparırlar və özümə vəzifə bilirəm deyim ki, daim Londonda İcmalar Palatasında bu məsələlər qaldırılır.”

Nümayəndə heyətləri Qəzzada bir həftə qalmağı planlaşdırırlar. Onlar bu səfər çərçivəsində 5 il İsrail rejimi tərfindən blokadada olan ərazilərdə vəziyyətin nə tərzdə olduğunu müşahidə edəcək və müxtəlif ərazilərə səfər edərək Fələstinli rəsmilərlə görüşlər keçiricəklər.
Source : Islamtimes
Comment