0
Sunday 1 April 2012 - 15:44

ABŞ Dövlət Katibi Klinton: İranla 5+1 danışıqları Aprelin ortalarına müəyyənləşdirilib

Story Code : 149550
ABŞ Dövlət Katibi Klinton: İranla 5+1 danışıqları Aprelin ortalarına müəyyənləşdirilib
ABŞ Dövlət Katibi Klinton: İranla 5+1 danışıqları Aprelin ortalarına müəyyənləşdirilib
Islam times.org/az/ - ABŞ Dövlət Katibi Hillari Klintonun bildirdiyinə görə İran və dünyanın 6 super güc dövlətləri arasında olan danışıqların növbəti mərhələsi aprel ayının ortalarında keçiriləcək.

Klinton şənbə günü Səudiyyə Ərəbistan xarici işlər naziri Səud əl Feysəl ilə keçirdiyi press konfransda bildirib ki, İran və Almaniya da daxil olmaqla Rusiya, Çin, Fransa və İngiltərə arasında olacaq danışıqlar Aprelin 13-14-də Türkiyədə keçiriləcək.

Martın 28-də İran Xarici İşlər Naziri Əli Əkbər Salehi görüşlərin aprelin 13-də keçiriləcəyini bildirsə də görüşün yeri haqda heç bir məlumat verməyib.

Salehi bildirib: “İstanbul bu görüşə ev sahibliyi etmək təklifini bildirib… Ancaq görüşün yerini təyin etmək məsuliyyəti İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibi Cənab Səid Cəlalinin üzərinə düşür.”

İran və 5+1 arasında 2 danışıq olub; biri 2010-cu ilin dekabrında Cenevrədə və ikincisi isə 2011-ci ilin yanvarında Türkiyədə İstanbulda keçirilib.

Tehran danışıqları davam etdirməyə hazır olduğunu bildirmiş, ancaq öz təbii hüquqlarından imtina etməyəcəyini deyib.
Source : Islamtimes
Comment