0
Sunday 1 April 2012 - 18:34

Masallı intihar astanasında

Story Code : 149565
Masallı - Azərbaycan
Masallı - Azərbaycan
Birliyin sədri Məmmədağa Eynullayevin “Azadlıq”a verdiyi məlumata görə, dünən aksiyaya daha 7 nəfər qoşulub. Bunlar Nəhmətov Xanməmməd Məmməd oğlu, Şahverdiyev Rafət Möhübbət oğlu, Eynullayev Aslan Xanəli oğlu, Hüseynov Qılman Firudin oğlu, Məmmədov Surac Xıdır oğlu, Allahverdiyev Yasin Yadigar oğlu və Eynullayev Xanalı Gülağa oğludur. Məmmədağa Eynullayev deyib ki, bununla da aksiya iştirakçılarının sayı 44 nəfər çatıb. Onun sözlərinə görə, rayon rəhbərliyi aksiyanın kütləvi xarakter daşıdığından ciddi narahat olub: “Aksiya iştirakçılarına qarşı təzyiqlər də bunun təzahürüdür. Mən ötən günlərdə ayrı-ayrı fəallarımıza qarşı təzyiqlər barədə mətbuata məlumat vermişəm. Bu gün (dünən-red) isə saat 13.30-da Musaküçə kənd icra nümayəndəsinin müavini Hüseynağa Məmmədov, kəndin bələdiyyə sədri Qədimalı Məmmədov, məktəb direktoru Abbas Cahangirov və YAP-ın Masallı təşkilatının Cəlal adlı nümayəndəsi bizə gəlib. Mən onlardan gəlişlərinin səbəbini soruşduqda deyiblər ki, səni YAP-ın iclasına dəvət etmək üçün gəlmişik. Mən isə onlara bildirmişəm ki, həmin iclasda icra başçısı Qəzənfər Ağayevin qanunsuz əməlləri müzakirə olunacaqsa, məmuniyyətlə iştirak edərəm. Lakin onlar iclasda hansı məsələlərin müzakirə olunacağından xəbərsiz olduqlarını deyiblər. Bu halda mən iclasa qatılmayacağımı bəyan etmişəm”.
Xatırladaq ki, Masallı Ziyalıları Ictimai Birliyi aclıq aksiyası keçirmələrinin səbəbini Qəzənfər Ağayevin qanunsuz əməlləri ilə izah edir. /HaqqYolu/
Comment