0
Sunday 1 April 2012 - 22:47

Maliki: İraq Bəşar Əsəd rejiminin süqutuna yönəlmiş fəaliyyətlərə qarşıdır

Story Code : 149612
Syria - İraq
Syria - İraq
İraqın baş naziri Nuri əl-Maliki bu gün paytaxt Bağdadda mətbuat konfransında deyib: "Bağdad Suriya müxalifətinin silahlandırılması və Suriya dövlətinin devrilməsi istiqamətində atılan addımlara qarşıdır. Çünki bu iş məntəqədə daha böyük böhranın yaranmasına səbəb ola bilər."

Maliki əlavə edib: "Artıq Suriyada uyğun hadisələrin başlamasından bir il ötür və Suriya hakimiyyəti süqut etməyib. Ümumiyyətlə bu rejimin süqut etməsi üçün bir səbəb varmı?!"

İraqın baş nazirinin uyğun sözləri Türkiyənin İstanbul şəhərində keçirilən "Suriyanın dostları" toplantısının keçirilməsi ilə eyni vaxta təsadüf edib.

Maliki bildirib ki, İraq bəzi dövlətlərin Suriyanın daxili işlərinə qarışmasına qarşıdır və bu dövlətlər nə vaxtsa başqa ölkələrin də daxili işlərinə müdaxilə edəcək.

Suriya xalqı son aylarda dəfələrlə Bəşər Əsədi himayə etdiklərini bütün dünyaya nümayiş etdiriblər.
Comment