0
Monday 2 April 2012 - 07:09

Türkiyədə Əsədə dəstək aksiyası

Story Code : 149669
Türkiyədə Əsədə dəstək aksiyası
Türkiyədə Əsədə dəstək aksiyası
Türkiyənin İstanbul şəhərində "Suriyanın dostları" konfransı çərçivəsində Suriyaya hərbi müdaxilə müzakirə edilərkən Türkiyədə yaşayan suriyalılar etiraz aksiyasi keçirdi. Yüzlərlə Suriya vətəndaşı Əsədi dəstəklədiyini bildirdi. Polis etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə edərək onların bu aksiyasını yatırmağa çalışıb. Əldə olunan məlumatlara əsasən, azı 3 suriyalı yaralanaraq xəstəxanaya yerləşdirilib.

"Suriyanın dostları" konfransına etiraz edən suriyalılar Bəşar Əsədin şəkilləri və Suriya bayraqları ilə konfrans keçirilən məkana üz tutmuşdu. Onlar bəyanat oxumaq niyyətində olsalar da polis barrikada quraraq, suriyalı qrupun konqres mərkəzinin önünə gəlməsinə icazə vermədi. Burada uzun müddət aksiyaya davam edənlər ABŞ, İsrail və Ərdoğana qarşı şüarlar səsləndiriblər.
Comment