0
Monday 2 April 2012 - 13:34

İsrail rejimində bahalıq adamları küçəyə çıxarıb

Story Code : 149744
Israil - aksiya
Israil - aksiya
İsrail rejimində elektrik enerjisi, təbii qaz və maye yanacaq qiymətlərinin artırılmasına etiraz edənlər Təl-Əvivdə nümayiş təşkil edib. Nümayişçilər sionist baş nazir Benyamin Netanyahunun istefasını tələb edir. Əllərində məşəllərlə gedən nümayişçilər yolları bağlayaraq, sionist hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər İsrail rejimində həyatın getdikcə bahalaşmasına da etiraz edib.

Nümayişçilərdən bir hissəsi "Rabin Meydanı"nda çadır qurub. Rejim polisinin çadırları sökməsinə baxmayaraq, nümayişçilər meydandan çıxmağı rədd edib. Sionist baş nazir Netanyahunun maye yanacaq qiymətlərinin artımı ilə bağlı rejimin maliyyə naziri ilə görüşərək, qiymətləri aşağı saldığı məlum olub. Agentliklər sionist rejim maliyyə nazirliyinin benzinin litrinə 20 aqorotluk artım planlaşdırğını, Netanyahunun müdaxilə edərək artımı hər litrə 5 aqorotla kifayətləndiyini bildirir. Artımın az olması səbəbindən rejim büdcəsində yaranacaq kəsirin qarşısını isə digər sahələrdə, ictimai xərcləmələrdə ediləcək azaltmalarla alınması planlaşdırılır.

İsrail rejimində 8 ay əvvəl də bahalığa etiraz nümayişləri keçirilib. Nümayişlərə baxmayaraq, rejimdə son 3 ay ərzində elektrik enerjisi 25% bahalaşdığı ifadə edilir. /Deyerler/
Comment