0
Monday 2 April 2012 - 23:11

Amerikalı aktivist: ABŞ-ın İrana qarşı sanksiyaları cinayətdir

Story Code : 149906
Amerikalı aktivist: ABŞ-ın İrana qarşı sanksiyaları cinayətdir
Amerikalı aktivist: ABŞ-ın İrana qarşı sanksiyaları cinayətdir
Islam times.org/az/ - Press TV-nin verdiyi məlumata əsasən Amerika sülh fəallarının bildirdiyinə görə ABŞ-ın İran nüvə enerji proqramına qarşı sanksiyaları “sadəcə lovğalıq deyil, həmçinin cinayətdir.”

Ellie Ommani müsahibə verərəkən bildirmişdir ki, ABŞ-ın digər ölkələrə kiminlə ticarət əlaqəsi qura biləcəyini və kiminlə də ticarət əlaqə qurmamasını diktə etməsi çox acınacaqlı bir haldır.

Aktivist həmçinin Avropada sürətlə gedən iqtisadi fəlakətlərə qarşı etiraz dalğalarının böyüdüyünə baxmayaraq ABŞ-ı İrana qarşı iqtisadi cəbhədə lovğalıqla davranmaqda ittiham edib.

Ommani bildirib: “ABŞ və onun müttəfiqlərinin İrana qarşı cəza tədbiri olaraq tətbiq etdikləri iqisadi sanksiyalar əslində bütün dünya qiymətlərinə təsir edərək iqtisadi fəlakətlərin artmasına gətirib çıxardır.”

O əlavə edib: “Bu sanksiyaların dünyaya xeyrindən çox ziyanı var.”

Cümə günü ABŞ
Prezidenti Barak Obama İran neftinin alınmasında vastəçilik edən xarici banklara yeni sankisyalar tətbiq edib. Bu sanksiyalar ABŞ-a İranla iş görən banklara qarşı ciddi tədbirlər görməyə imkan verir.

Yeni sanksiyalar İrandan xammal idxal edən ölkələri, məxsusəndə Çin, Cənubi Koreya, Hindistan, Yaponiya və Avropa Birliyini İrandan neft idxalını kəskin şəkildə azaltmağı nəzərdə tutur.

Ağ Ev bildirir ki, İrandan neft idxalını azaltmaqla yaran biləcək boşluğu doldurmaq üçün kifayət qədər neft ehtiyatları var.

Obama bildirib: “İrandan başqa digər ölkələrdə neft və neft məhsulları kifayət qədər olduğundan İrandan neft və neft məhsullarının idxalının azaldılması heç bir problem yaratmayacaq.”

ABŞ-ın zəmanətlərinə baxmayaraq dünyada neft təchizatlarında artıq böyük problemlər yaranıb. Sanksiyalar artıq qlobal neft qiymətlərində fərqliliklərə gətirib çıxarıb. Artıq o yerə gəlib çatıb ki, qalxan yanacaq qiymətləri ABŞ prezident seçkiləri kompaniyalarında əsas müzakirə vasitəsinə çevrilib.

Ommani sonda bildirib: “Onlar (ABŞ və müttəfiqləri) həmişə günahı başqalarında görürlər, bir halda ki, bütün problemlərin əsil qaynağı elə onların özüdür.”
Source : Islamtimes
Comment