0
Tuesday 3 April 2012 - 22:16

İran Donanması regionda təhlükəsizliyi təmin etməyə qadirdir

Story Code : 150182
İran Donanması regionda təhlükəsizliyi təmin etməyə qadirdir
İran Donanması regionda təhlükəsizliyi təmin etməyə qadirdir
Islam times.org/az/ - İran Donanmasının komandanı regional təhlükəsizliyi qorumaq üçün ölkənin hərbi dəniz qüvvələrinin kifayət qədər təcrübəyə malik olduğunu və İranın Hörmüz boğazının təhlükəsizliyini tam təmin edəcəyini bildirib.

Çərşənbə axşamı mətbuat konfransında çıxış edən Kontr Admiral Həbibullah Seyyari İran donanmasının bu yaxınlardakı təlimlərini xatırladaraq bu təlimlər zamanı Fars Körfəzində, Oman dənizində və Hind okeanının şimal hissəsində təhlükəsizliyi tam təmin etməyə qadir olduqlarını bildirib.

Dekabrn 24-də İran donanması Hörmüz boğazının şərq hissəsindən Ədən boğazına kimi ərazidə Vilayət 90 adlı 10 günlük hərbi dəniz təlimlərinə start vermişdir.

Səyyari sözlərinə davam edərək bildirib ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin təlimatlarına əsasən İran beynəlxalq sularda öz iştirakını genişləndirəcək.

O həmçinin bildirib ki, İran Donanması İranın ərazi sularından 3000 km –dək ərazidə 13 dəniz quldurunu həbs edib.

İran hərbi donanma komandanı bildirib ki, dəniz quldurları Hind okeanında İrana məxsus yük gəmisini ələ keçirmək istəyərkən yaxalanmış və İrana transfer edilmişdilər.

Səyyarinin əvvəllər bildirdiyinə görə ölkənin hərbi gəmilərinin 18-ci floutu dəniz quldurları əleyhinə əməliyyat aparmaq üçün beynəlxalq sulara buraxılmışdır.

İran hərbi donanması 2008-ci ilin Noyabrından Fars və Ədən körfəzlərində İrana məxsus yük gəmilərini və neft tankerlərini qorumaq üçün dəniz quldurları əleyhinə əməliyyata başlayıblar.

2011-ci ilin may ayında Beynəlxalq Dəniz Təşkilatı baş katibi Efsimios E. Mitropolus İranın dəniz quldurları əleyhinə əmiliyyatlarını “effektiv” adlandırıb.
Source : Islamtimes
Comment