0
Tuesday 3 April 2012 - 23:11

"Nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsini dəstəkləyirik"

Story Code : 150205
"Nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsini dəstəkləyirik"
"Nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsini dəstəkləyirik"
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının həftəlik fraksiya iclasında çıxış edib.

Çıxışında müxtəlif mövzulara toxunan Ərdoğan İranın nüvə proqramından da söz açıb.

Baş nazir deyib: "Nüvə silahı mövzusunda ölkələr arasında ayrı-seçkiliyə yol verilməsinə və ikili standartların tətbiq edilməsinə qarşı çıxırıq. Ötən həftə Cənubi Koreyada mövqeyimizi bəyan etdik. Biz nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsini dəstəkləyirik. Buna maneə törədilməsinə qarşıyıq. İsraildə hazırda çox sayda kimyəvi silah var. İsrailin nüvə silahına sahib olmasına göz yumanların başqa ölkənin dinc məqsədlər üçün nüvədən istifadə etməsinə qarşı çıxmasını qəbul etmirik. Bu ayrı-seçkilikdir. İranda da həmsöhbətlərimizlə bunları bölüşdük"./SalamNews
Comment