QR CodeQR Code

"Nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsini dəstəkləyirik"

3 Apr 2012 23:11

IslamTimes - Ərdoğan: "Nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsini dəstəkləyirik. Nüvə silahı mövzusunda ölkələr arasında ayrı-seçkiliyə yol verilməsinə və ikili standartların tətbiq edilməsinə qarşı çıxırıq"


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının həftəlik fraksiya iclasında çıxış edib.

Çıxışında müxtəlif mövzulara toxunan Ərdoğan İranın nüvə proqramından da söz açıb.

Baş nazir deyib: "Nüvə silahı mövzusunda ölkələr arasında ayrı-seçkiliyə yol verilməsinə və ikili standartların tətbiq edilməsinə qarşı çıxırıq. Ötən həftə Cənubi Koreyada mövqeyimizi bəyan etdik. Biz nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsini dəstəkləyirik. Buna maneə törədilməsinə qarşıyıq. İsraildə hazırda çox sayda kimyəvi silah var. İsrailin nüvə silahına sahib olmasına göz yumanların başqa ölkənin dinc məqsədlər üçün nüvədən istifadə etməsinə qarşı çıxmasını qəbul etmirik. Bu ayrı-seçkilikdir. İranda da həmsöhbətlərimizlə bunları bölüşdük"./SalamNews


Story Code: 150205

News Link :
https://www.islamtimes.org/az/news/150205/nüvə-enerjisinin-dinc-məqsədlər-üçün-istifadəsini-dəstəkləyirik

Islam Times
  https://www.islamtimes.org